!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət etdi

!Reklam – Yazi

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir.

Elm və Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə yaxınlaşaraq aşağıdakı məsələlərə dair müraciətlərinizi ünvanlaya bilərsiniz:

məktəbəhazırlıq qruplarına qəbulla bağlı qeydiyyat prosesi;

məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyat prosesi;

şagirdlərin elektron yerdəyişməsi;

birinci siniflərə şagird qəbulu ilə bağlı qeydiyyat prosesi.

Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6

Qeyd edək ki, Bakı şəhərinin sakinləri yuxarıda qeyd olunan xidmətlər üzrə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Vətəndaşların Qəbulu Mərkəzinə də müraciət edə bilərlər. Regionlarda yaşayan sakinlər isə regional təhsil idarələrinin qəbul mərkəzlərinə, eləcə də təhsil xidmətləri təqdim olunan “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa bilərlər.

Bununla yanaşı, adıçəkilən məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin “WhatsApp” xidməti (+994 051 206 78 48), 146 – 1 Çağrı Mərkəzi və portal.edu.az üzərindən də müraciət ünvanlamaq mümkündür.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv