!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elm və Təhsil Nazirliyinin 3 milyonluq dezinfeksiyası: Təmizlənən sanitar qovşaqdır, yoxsa manat?

!Reklam – Yazi

Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Yenicag.az Azpost.info xəbər verir ki, tenderdə “Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qalib olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 3.680.093,88 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Ecomedi” MMC 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur.

“Ecomedi” MMC-nin veb-səhifəsində qeyd edilir ki, şirkət əsasən dezinfeksiya (xəstəlik törədən mikrorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsi), deratizasiya (infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf edilməsi) və dezinseksiya (infeksion xəstəlikləri yayan həşəratların tələf edilməsi) ilə məşğuldur. Fəzail Məmmədov haqqında isə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən il də “Ecomedi” QSC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 3 632 904 AZN olan müavilədə təhsil müəssisələri üçün sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satın alınması nəzərdə tutulub. Həmin vaxt şirkətin qanuni təmsilçisi Fərid Eyvazov olub. O, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.

Satınalma müqaviləsi imzalanan vaxt o, “Bakı Bərpa Mərkəzi”nin baş həkimi olub. Hazırda da orada çalışır. Həmçinin “Ecomedi” QSC həmin vaxt MMC şəklində fəaliyyət göstərib. Ötən il şirkətin reyestr məlumatlarına dəyişiklik edib. Bununla həm şirkətin təşkilati-hüquqi forması, həm də qanuni təmsilçisi dəyişib.

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv