!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elman Nəsirovdan özünün “Vikipediya” məlumatına REAKSİYA: “Bunu yazan, bu düzəlişi edən ermənidir”

!Reklam – Yazi

“Bununla erməni əsgərini aşağılamışam və damarında azərbaycanlı qanı axan bu sözümə görə mənə afərin deməlidir”.

Bu fikirləri özünün “Vikipediya” məlumatında yer almış “1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə əyilə-əyilə bitirmişdir” qeydinə münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, sosial şəbəkələr insanların şərəf və ləyaqətini alçaldan yer olmamalıdır:

“Düzü, bunu ilk dəfədir, sizdən eşidirəm, indi mən də baxaram. Biz deyəndə ki sosial şəbəkələr haqqında qanun mütləq qəbul edilməlidir, kimlərsə bundan narazı qalırlar. Sosial şəbəkə haqqında qanun sosial şəbəkələrin inkişafına xidmət eləməlidir. Elə edilməlidir ki, sosial şəbəkə dövlət üçün, xalq üçün faydalı olsun.

Sosial şəbəkələr insanların şərəf və ləyaqətini alçaldan yer olmamalıdır. İndi siz jurnalist olaraq mənə məlumat verdiniz, mənim “Vikipediya” məlumatımda qeyd olunub ki, 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə əyilə-əyilə bitirib. Mənə belə gəlir ki, bunu yazan, bu düzəlişi edən ermənidir. Mənim qənaətim belədir.

Niyə? Ona görə ki, erməni əsgəri Azərbaycan əsgəri qarşısında qorxu, vahimə keçirir və əyilir. Bəli, bu fikrin müəllifi mənəm. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra dedim ki, mən vaxtilə yumşaq demişəm, əyilə-əyilə nədir, o iməkləyir, sürünür. Bununla erməni əsgərini aşağılamışam və damarında azərbaycanlı qanı axan bu sözümə görə mənə afərin deməlidir. Deməli, bu sözü bəyənməyən, o düzəlişi edən belə çıxır ki, ermənidir”.

A.Zeynalov

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv