!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elmar Baxşıyev istefa verdi

!Reklam – Yazi

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar”ın rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, fevralın 23-də Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb. Turun açılış günündə “Kəpəz” “Qəbələ”yə qalib gəlib. 

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv