!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov: “Paşinyanın bu çıxışı pozitiv faktdır” - VİDEO

!Reklam – Yazi

Ermənistanın işğal altında saxladığı sərhəd kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı baş nazir Nikol Paşinyanın parlamentdəki çıxışı erməni müxalifəti tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın “Ermənistan ərazilərinə Ermənistan, Azərbaycan ərazilərinə isə Azərbaycan nəzarət etməlidir” sözləri müxalif fraksiyalar tərəfindən Paşinyan iqtidarına qarşı yeni siyasi hücumlarına yaranmasına gətirib çıxarıb.

Müxalif “Patev unem” və “Hayastan” fraksiyasından olan deputatların Paşinyanı “Tavuşu Azərbaycana verməkdə” ittiham etmələri isə vəziyyəti bir qədər də gərginləşdirib. İrəvanda müxalifət düşərgəsi üzvləri hesab edirlər ki, Qarabağın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra işğal altındakı kəndlərin verilməsi Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Məsələ ilə bağlı Yenicag.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə hesab edir ki, Paşinyanın parlamentdəki çıxışı pozitiv bir faktdır. Eks-XİN rəhbərinin fikrincə, Azərbaycan sözügedən kəndləri Azərbaycana qaytaracaq.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv