!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elməddin GİZLİNLƏRİ AÇDI: “Buna görə Fərda ilə 3 il küsülü qaldıq”

!Reklam – Yazi

“Ömrümdə bir dəfə belə bir iş tutdum. Onda da cavan idim, 20 yaşım var idi. Sonralar bir də heç vaxt belə şey etmədim…”

Bunu “nə vaxtsa, gündəm naminə süni qalmaqal yaratmısızmı” sualını cavablandırarkən tanınmış aktyor Elməddin Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

Elməddin 19 il öncə yaxın dostu aktyor Fərda Xudaverdiyevlə etdiyi süni qalmaqaldan danışıb. Bu, qalmaqalın ona baha başa gəldiyini, bu çəkilişdən sonra həqiqətən də Fərda ilə aralarında küsülülük yaşandığını bildirib:

“Ömrümdə cəmi bir dəfə belə bir hadisə baş verib. Boynuma alıram, gündəm xatirinə süni qalmaqal yaratmışıq. 2003-cü il aprelin 1-də Heydər Əliyev Sarayında “Tək səbir”in konserti idi. O vaxtlar ən çox dəbdə olan aktyor Fərda ilə mən idim. “Çal-çağır” adlı veriliş var idi, bizi çəkməyə gəldilər. Çəkiliş zamanı bizə dedilər ki, gəlin süni qalmaqal yaradaq, guya Fərda ilə küsülüsüz, bir-biriniz barədə belə fikirlər səsləndirin, veriliş maraqlı olsun. Biz də razılaşdıq. Fərda mənim haqqımda açıqlama verdi, mən onun barəsində danışdım, guya küsülüyük, bir-birimizlə aramız yoxdur. Məsələ burasındadır ki, bu süni küsülülük həqiqi incikliyə gətirib çıxardı. Həmin video efirə gedəndə artıq biz danışmırdıq, küsülü idik. Qurama bir söz-söhbətin təsiri ilə dostum Fərda ilə 3 il küsülü qaldıq”.

Cəvahir

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv