!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elməddin illər sonra AÇIQLADI: “Son zəng yadımda o hadisə ilə qalıb”

!Reklam – Yazi

2005-ci ilə qədər hər il 25 may tarixi Azərbaycanda “Son zəng” kimi qeyd olunub.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor Elməddin Cəfərov son zənglə bağlı təəssüratlarını bölüşüb. Aktyorun sözlərinə görə, həmin gün daha çox bir hadisə ilə yaddaşında qalıb:

“Mənim son zəngim 1997-ci ildə olub. Son zəngdən bir həftə əvvəl Hacıkəndə gedirdik. Gethagetdə beş nəfər xaric uşaqların hamısı dedi ki, gəlin sabah gedək. Mən də qabaqcadan avtobusu danışmışdım. Dedim, kim gəlir gəlsin, getməyən də özü bilər. Dörd nəfər sinif yoldaşımla getdik Hacıkəndə, istirahətimizi etdik. Buna görə bütün sinif bizdən küsdü. Son zəng günü şəhərə gəzməyə çıxanda barışdıq. Yəni son zəng mənim üçün 11 illik sinif yoldaşlarımla barışıqla yadda qaldı. Sona bir həftə qalmış bütün sinif yoldaşlarımla münasibət tamamən qırılmışdı”.

E.Cəfərovun “o dövrdə son zənglər maraqlı idi, yoxsa indi?” sualına cavabı da belə olub:

“Düşünürəm ki, o vaxtlar son zənglər maraqlı, qeyri-adi idi, amma indi bu qənaətdəyəm ki, bəlkə də, elə bizim üçün maraqlı idi. İndiki gənclər üçün də bu günün son zəngləri maraqlıdır. Adətən, deyirik axı, heyf deyildi əvvəlki vaxtlar?! Sonrakı nəsil də yaşlandıqca eyni sözü təkrarlayır”.

Cəvahir

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv