!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmi data bazalar və indekslər haqqında tədqiqatçılar üçün seminarlar  keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı  ilə “Elmi data bazalar və indekslər haqqında tədqiqatçılar üçün seminarlar” adlı layihə çərçivəsində Azərbaycan Texnologiya Universitetində gənc tədqiqatçılar, doktorantlar, magistrlər, gənc universitet müəllimləri üçün  seminar təşkil etmişdir. Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin prorekroru, iqtisad elmləri doktoru Mayis Güləliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov üç gün davam edəcək seminarların elmi tədqaiqatçılar üçün faydalı məlumatlar əldə etmək və tədqiqatların beynəlxalq səviyyədə təşviqi baxımından əhəmiyyətindən danışıblar.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti, dosent Ruslan Rəhimlinin təqdimatlarında elmi tədqiqatçılara beynəlxalq elmi data bazalar və indekslər haqqında məlumatlar verilmiş, iştirakçılara SCOPUS, Web of Science, Science Citation Index Expanded (SCIE), Social Sciences Citation Index (SSCI), Arts & Humanities Citation Index (AHCI), Emerging Sources Citation Index (ESCI), Conference Proceedings Citation Index, Springer, Zentralblatt MATH, Math SciNet-Mathematical Reviews, Chemical Abstracts Service, Analytical Abstracts, Ulakbim, Pubchem, INSPEC-Direct, Astrophysics Data System, Compendex, GeoRef, Agris Pub Med, EconLit, Philosopher’s Index, PsycINFO və s. haqqında ətraflı biliklər çatdırılmış, tədqiqatçılara bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, open science platformalarına, data bazalara çıxış imkanları barədə informasiyalar verilmişdir. Üç gün davam edən seminarlarda tədqiqatçılar Research gate, Mendeley, Figshare, F1000Research, həmçinin DOAJ, ORCID, DOİ haqqında da geniş biliklər əldə etmişlər.

Seminarlarda open access jurnallarına çıxış imkanları, eyni zamanda, elmi məqalələrin hazırlanması üçün beynəlxalq stillər, İMRAD haqqında məlumatlar yer almışdır. Qeyd edilmişdir ki, imkanları reallığa çevirmək üçün elmi tədqiqat və ali təhsil sahələrində çalışanlar open science və onun verdiyi üstünlüklərdən yararlanmalıdırlar. Qeyd olunmuşdur ki, preprintlərin paylaşılması (Sharing preprints), Açıq Giriş Nəşriyyatı (Open Access publishing), Məlumatların Mühafizəsi və Etika (Data Protection and Ethics), Açıq Lisenziyalaşdırma (Open Licensing), Açıq mənbə proqram təminatı və iş axınları (Open Source Software and Workflows), Tədqiqat məlumatlarının idarə edilməsi və paylaşılması (Managing and Sharing Research Date), Açıq elm və innovasiyalar (Open Science and İnnovations) və bu kimi sistemlərin imkanlarından yararlanmaqla əlavə imkanlar, rəqabət mühitinə inteqrasiya əldə etməkdir. Eyni zamanda, open access-in geniş elmi sferada reallaşdırılması və bütün nəşrlərin, data bazaların bu prinsiplə fəaliyyət göstərməsi elmi nəticələrin əlçatan olmasına, bütün elmi məlumatların araşdırmaçılar, ümumilikdə hamı üçün asan əldə olunmasına gətirib çıxaracaq, istinadların edilməsinə imkan yaratmaqla beynəlxalq rəqabərliliyə və bunun nəticəsində universitetlər və tədqaiqat mərkəzlərinin beynəlxalq reytinqinin yüksəlməsi ilə nəticələnəcəkdir. Open access-in təşviqi minimal olaraq nəşrləri internetdə oxumaq, yükləmək və çap etmək, nəşrləri kopyalamaq, yaymaq, axtarış etmək, sitat vermək, skan etmək kimi imkanlarının yaradılmasına hədəflənmişdir.

Seminar Azərbaycan Texnologiya Universitetində ümumilikdə 100 iştirakçı arasında keçirilmişdir. Seminarda ekspert iştirakçıların suallarını cavablandırmış, seminar müzakirələrlə davam etmişdir. Seminar iştirakçılarına bukletlər paylanmış və yekunda onlara sertifikatlar təqdim olunmuşdur.

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv