“Damla bu tərzdə oxumağa davam etsə, iki ildən sonra müğənni dostlarına zəng edəcək ki, bəlkə, toyunuz ola…”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov həmkarı Damla ilə bağlı açıqlamasında deyib.
Sənətçi Damlanın yeni tərzdə oxuduğu mahnıların ona uğur gətirməyəcəyini bildirib:
“Damla bu tərzdə oxumağa davam etsə, iki ildən sonra müğənni dostlarına zəng edəcək ki, bəlkə, toyunuz ola. Çünki onun oxuduğu yeni tərz mahnılar yalnız klublarda səslənir. Damla isə klublara getmir. O da kluba, şou proqramlara getmir, o mahnıları harada səsləndirəcək?”
Elnar Damlanın prodüseri ilə də bağlı qalmaqallı fikirlər səsləndirib:
“Damlanın yaxşı səsi var, amma yanındakı Şamildən qurtulmasa, çox müğənnilərlə düşmən olacaq. Çünki Şamil onunla müğənnilər arasında çox sədd yaradır. Haçan zəng edirsən, deyir, Damla yatır, hətta xorultusu gəlir. Hansı ki, Damla onun yanındadır. Dəfələrlə belə olub. Hətta bir dəfə bərabər idik. Şamilə zəng gəldi, dedi ki, Damla yatır. Həmin vaxt Damla yanında mənimlə söhbət edirdi. Dedim, ə, yekə kişisən, mənə də belə edirsən?”
Elnar bunu “Həmin Zaur” verilişində deyib.
Cəvahir