!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarə BİABIR ETDİ: "Ayə, bunların yiyəsi yoxdur?"

!Reklam – Yazi

“Düz yolumla gedirəm, heç kimə fikir vermirəm, heç kimlə də maraqlanmıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva özlərini məclislərdə apara bilməyən həmkarlarından danışarkən deyib.

O, sənətə yeni gəldiyi dönəmlərdə qarşılaşdığı xoşagəlməz hallara da toxunub:

“Sənətə yeni gəldiyim vaxtlarda getdiyim məclislərdə nə vaxtsa heç ağlımın ucundan da keçirmədiyim şeylər görürdüm. Baxırdım, deyirdim, bunlar neyniyir?

Deyirdim, ayə, bunların yiyəsi yoxdur? Biri orada içir, biri burada ağzına gələni danışır… And olsun Allaha, deyirdim bu, iş deyil.

Amma sonradan özüm-özümə dedim yox, Elnarə, sən bütün xalqa, bütün insanlara sübut etməlisən ki, bu sənət yaxşı sənətdir. Mən buna çalışdım və bacardım. Heç kimə baş qoşmayın.

Düz yolumla gedirəm, heç kimə fikir vermirəm, heç kimlə də maraqlanmıram. İstədiyim yerə gedirəm, istəmədiyim yerə getmirəm. Bu sənət yaxşı sənətdir”.

Elnarə bu sözləri “Ay Zaur” verilişində deyib.

Nehru

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv