!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarədən küsülü olduğu Səidəyə BARIŞIQ JESTİ

!Reklam – Yazi

Müğənni Elnarə Xəlilova Novruz bayramı ərəfəsində küsülü olduğu və qalmaqal yaşadığı həmkarı Səidə Sultana jest edib.

Yenicag.az xəbər verir ki, Elnarə “Xəbərin var” verilişində toyuna getmədiyi Səidə ilə aralarında yaşanan incikliyə aydınlıq gətirib.

O bildirib ki, həmin gün nəinki Səidənin toyuna gedib, heç doğum günü olan anasını belə təbrik etməyib:

“9 sentyabr anamın doğum günü idi, onu da təbrik etmədim. Antiterror əməliyyatı başlamışdı, hər yerdə şəhidlər dəfn olunurdu, evlərdə yas idi, özümə sığışdırmadım anamı təbrik edim. Bu, mənim münasibətimdir. İnsana anadan əziz kim var? Ancaq dedim ayıbdır, belə bir gündə nə doğum günü? Anamı iki ay sonra təbrik etdim.

Mənim niyyətimdə kimisə təhqir etmək olmayıb. Biz həmkarıqsa, bir-birimizin sözü boğazımızdan keçməlidir. Burada inciməli məqam yox idi. Qarşıdan Novruz bayramı gəlir. Heç kəsdən küsməmişəm, heç kimdən darğınlığım yoxdur. Səidə Sultan başda olmaqla, bu gözəl bayram münasibəti ilə təbrik edirəm, hər kəsin evinə sülh, əmin-amanlıq arzulayıram”.

Nehru

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv