!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarədən QALMAQALLI AÇIQLAMA: “Aparıcıdır, amma danışığını bilmir”

!Reklam – Yazi

“Hər yoldan, küçədən keçəni pul alıb efirə çıxartdılar”.

Yenicag.az xəbər verir ki, müğənni bunu Əməkdar artist Elnarə Xəlilova bayağı musiqilər ifa edən müğənnilərdən danışarkən deyib.

Sənətçi reytinq naminə elə müğənniləri efirə çıxaran televiziyaları sərt tənqid edib:

“Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır. Bütün günü radioları dinləyirəm. Gəlin monitorinq edək. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz? Bu, mümkün deyil. Radiolar öz simalarını qoruyub saxladılar, amma, təəssüf ki, telekanallar barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xatirinə bunu edirlər? Bilmirəm. Hər yoldan, küçədən keçəni pul alıb, efirə çıxartdılar. Bayağı musiqi bir yana, istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək. Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, nə aparıcı verilişi apara bilir”.

Elnarə bunu “Üzə-düz” verilişində deyib.

Nehru

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv