!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarədən Röya ilə Natavana KÖVRƏK JEST: “Gecə saat 2-də “Instagram”ı açdım, gördüm...”

!Reklam – Yazi

“W-Trio” nun keçmiş qrup üzvləri xalq artisti Röya Ayxan, Natavan Həbibi və Səidə Sultan bir araya gəlib.

Qrupun digər üzvü Elnarə Xəlilovanın onların sırasında olmaması sənətçilər arasında küsülülüyün olması barədə söz-söhbətlərə rəvac verib.

Elnarənin Səidə Sultanın toyuna getməməsi qrup üzvləri arasında küsülülüyün olmasını bir daha təsdiqləyib.

Yenicag.az xəbər verir ki, Elnarə “Gül kimi şou”da bu söz-söhbətə aydınlıq gətirib:

“Gecə saat 2-də “Instagram”ı açdım, gördüm, hekayə bölümündə Röya ilə Natavan məni təq ediblər. Köhnə vaxtları yadıma saldım, kövrəldim, gözüm döndü. Onlara yazdım ki, sizi sevirəm”.

O, “nə vaxtsa üçünüzü bir yerdə görə bilərikmi” sualını da cavablandırıb:

“Xeyr, görməyəcəksiz. Heç vaxt. Qaldı ki problemə, mənim heç kəslə problemim yoxdur, heç ola da bilməz”. “Bəs onların səninlə problemi varmı?” sualını isə Elnarə cavabsız qoyub.

Nehru

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv