Reklam: High Technic
hightechnic

Elnur mahnı oxumaqdan imtina etdi

45243_87w9yx5masAvstriyanın paytaxtı Viyanada “Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

11-ci nömrə altında səhnəyə çıxan və “Hour of the Wolf” mahnısını səsləndirən təmsilçimiz Elnur Hüseynov finala vəsiqə qazanıb.

Finala keçən iştirakçılar daha sonra mətbuat konfransına qatılıb, jurnalistlərin suallarını cavablandırıblar.

E.Hüseynov jurnalistlərin “Bu gecə mahnının sözlərində deyildiyi kimi yata biləcəksinizmi” sualına “Ümid edirəm ki, yata biləcəyəm” deyə, cavab verib.

Daha sonra Azərbaycandan olan media nümayəndəsi Elnurdan hisslərini mahnı ilə ifadə etməsini istəyib. Təmsilçimiz isə bundan imtina edib:

“Bu an xoşbəxt və şən mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var. Azərbaycanlılar məni başa düşər”.

Təmsilçimizin konfransda mayın 19-da Bakıda baş verən faciə ilə əlaqədar sinəsinə qara lent taxması da diqqətdən qaçmayıb.

Xatırladaq ki, E.Hüseynov bundan əvvəl də “Eurovision 2015” müsabiqəsi ilə bağlı keçirilən tədbirlərin birində qoluna qara lent bağlamışdı.

“Eurovision 2015”in final günü mayın 23-də baş tutacaq.

Mətbuat konfransında keçirilən püşkatmada E.Hüseynovun finalda ikinci hissədə səhnəyə çıxacağı bəlli olub.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

www.yenicag.az

87