!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Məmmədov Kolumbiyanın aparıcı telekanalına geniş müsahibə verdi

!Reklam – Yazi

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı xəbər telekanalı, bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən “NTN24”ə geniş müsahibə verib.

Yenicag.az xəbər verir ki, “Azərbaycanın xarici işlər nazirinin müavini Fransanı Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırır” başlığı ilə yayımlanan süjetdə Azərbaycan-Kolumbiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, Ermənistanla münasibətlərin normallaşma prosesi, eləcə də Fransanın regionda destruktiv fəaliyyət nümayiş etdirməsi barədə ətraflı məlumat verilib.

Nazir müavini E.Məmmədov Azərbaycanın Kolumbiya və Latın Amerikasının digər ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib, Boqota şəhərində keçirilmiş siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə yanaşı, müxtəlif sahələrdə, o cümlədən humanitar minatəmizləmə istiqaməti üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Azərbaycanlı diplomat torpaqlarımızın uzun illər təkcə erməni işğalının ağır nəticələrinə məruz qalmadığını, həm də kütləvi şəkildə minalarla çirkləndirildiyini qeyd edib. Erməni mina terrorunun fəsadlarına dair ətraflı məlumat təqdim edən E.Məmmədov bu sahədə geniş təcrübəyə malik olan Kolumbiyanın mina təhlükəsi ilə mübarizədə Azərbaycanla həmrəylik nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib.

Müsahibə zamanı Azərbaycanın sülh gündəliyi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, yekun sülh müqaviləsi üzrə danışıqlar və əldə olunan irəliləyişlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, cari ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yalnız silahlı separatçı qüvvələr hədəf alınıb və Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinə təminat verilməklə, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində bütün zəruri addımlar atılıb.

Eyni zamanda, E.Məmmədov Ermənistanı müdafiə və hücum silahları ilə təmin edən Fransanın əməllərinin regionda sülhə xidmət etmədiyini vurğulayıb, Fransanı destruktiv fəaliyyət nümayiş etdirməkdən çəkinməyə və Ermənistanı yeni müharibəyə təhrik etməməyə çağırıb.

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv