!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elton Hüseynəliyevdən sərt ismarıc: “O sözün arxasında dura bilməzsən”

!Reklam – Yazi

Bir neçə il öncə, xanım həmkarları ilə münasibətlərində soyuqluq yaşasa da, son vaxtlar adı şou-biznes qalmaqallarında hallanmır. Daha çox susmağa üstünlük verir.

Müğənni Elton Hüseynəliyevi deyirik. Yeniçag.az-a danışan müğənni kinli olmadığından bəhs etdi. O, paxıllığını çəkən həmkarlarının olduğunu da gizlətmədi.

– Həmkarlarınızdan fərqli olaraq, bu il adınız şou qalmaqallarında hallanmadı. Buna necə nail olursunuz?

– Yox, deməzdim ki, qalmaqallardan uzağam. Keçən il və ondan əvvəlki illərdə qalmaqallarım olub. Bir var, qərəzli qalmaqal. Məsələn, gündəmə gəlmək üçün çıxıb efirdən kiminsə ünvanına nəsə deyib, özünü reklam edirsən. Bir də var, doğrudan da əsəbiləşirsən və bir anlıq nəsə deyib, sonradan peşman ola bilirsən. Elə söz ola bilər ki, nəsə deyərsən, sonra o sözün arxasında dura bilməzsən. Amma mən nə demişəm, arxasında da durmuşam. Çalışıram imkan daxilində qərəzli qalmaqaldan uzaq durum.

– Bostanınıza daş atılanda, cavab verirsinizmi?

– Əvvəl baxaram, mənim səviyyəmə uyğun adamdırsa, cavab verərəm. Yox əgər, qərəzli qalmaqaldırsa, susaram. Susmaqla danışmaq daha gözəldir. Yaşın da fərqi var. Əvvəlki illərdə olsaydı, başqa cür reaksiya verərdim. İnsanın səviyyəsi onun əxlaqı, davranışı ilə özünü biruzə verir. Mən çalışıram günü-gündən yaxşı olum.

– Vaxtilə qalmaqal etdiyiniz sənət adamları ilə indi münasibətiniz necədir?

– Yaxşıdır hər şey. Kinli adam deyiləm.

– Müğənni olasan, gözügötürməyənlərin olmaya, bu heç inandırıcı deyil. Mənimlə razılaşarsınız yəqin. Yəni indi münasibət saxlamadığınız həmkarınız yoxdur?

– Küsdüyüm, kin saxladığım adam yoxdur. Ola bilsin, sadəcə məni istəməyənlər var.

– Ola bilsin, yoxsa?– Yüz faiz var. Məni istəməyən, arxamca danışan, şər-böhtan atan insanlar var. Amma mən buna görə onlara təşəkkür edirəm. Çünki onlar savablarını mənə yükləyib, günahlarını özlərinə götürürlər. Onların cavabını Allah verir – bugünkü kimi ayaqda duruşumla, efirlərə az-az çıxıb, ayda 20 dənə toy oxumağımla. Allah qaldıranı, heç kim yıxa bilməz.

– Gücü daha çox kimdən alırsınız?

– Allahımdan, ailəmdən…

Cəvahir

www.yenicag.az

2784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv