!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlverişsiz piyada KEÇİDLƏRİ - Onların yenilənməsi nəzərdə tutulurmu?

!Reklam – Yazi

Demək olar ki, hər gün səhərimizi yol-nəqliyyat hadisələri ilə açırıq. Xeyli sayda insan yol-nəqliyyat hadisələrinin qurbanı olur. Yol-nəqliyyat hadisələrinin baş verməsində ən önəmli səbəblərdən biri də piyada zolaqlarının və yerüstü keçidlərin vaxtında yenilənməməsidir.

Müşahidələr göstərir ki, baş verən qəzaların çoxu əlverişsiz inşa edilən piyada keçidlərinin yaxınlığında baş verir. Çünki yerüstü keçidlərin bəzilərinin lifti, eskalatoru yoxdur və ya olanlar da işlək vəziyyətdə deyil. Hündür pilləkənləri olan yerüstü keçidlərdən istifadədə xüsusilə yaşlı, əlilliyi, səhhətində problemi olan insanlar, eləcə də azyaşlı uşaqlar əziyyət çəkirlər. Onları yolun təhlükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir.

Nümunə olaraq metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında yerləşən, eskalatoru işlək vəziyyətdə olmayan keçidi, eləcə də “Ukrayna” dairəsindəki lifti uzun müddətdir işləməyən piyada keçidini misal göstərə bilərik. Həmçinin Xocasən ərazisində yerləşən yerüstü keçidin də rahat olmamasından tez-tez şikayətlər gəlir.

Maraqlıdır, əlverişsiz inşa edilən piyada keçidlərinin yenilənməsi gözlənilirmi?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Bizim.media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda planda köhnə keçidlərin yeniləri ilə əvəz olunması nəzərdə tutulmayıb:

“Son illər AAYDA tərəfindən inşa edilən piyada keçidlərində bu məsələlər diqqətdə saxlanılır. Yəni keçidlər standartlarda necədirsə, elə inşa olunur və mütləq şəkildə liftlər quraşdırılır. Əslində yerüstü keçidlərə qoyulan liftlər yaşlı insanlar, əlillər üçün nəzərdə tutulub, lakin təəssüf ki, gənclər də pilləkən yerinə, liftdən istifadə edirlər, onu sıradan çıxarırlar. Ona görə də, lifti olan keçidlərin yanına nəzarətçi qoyulur”.

A.Nəcəfli bildirib ki, keçidlərdə pilləkən yerinə eskalatorların quraşdırılması da problemdir:

“Çünki eskalatorlar işlək mexanizmdir, onun pilləkən hissəsinin hündürlüyü çoxdur. Eskalator xarab olduqda, onunla çıxıb-düşmək daha çətin olur. Pilləkən isə mütləq olmalıdır. Agentlik olaraq, çalışırıq ki, inşa etdiyimiz keçidlərdə lift mütləq olsun.

Lakin infrastruktur imkan verirsə, orada lift olmadan, xüsusi mailliyi olan pandus hissələr quraşdırılır. Lakin qeyd etdiyiniz əlverişsiz inşa edilən keçidlər çoxdan tikilib. Hazırda onların yeniləri ilə əvəz olunması, əlavə tikinti aparılması planda yoxdur”.

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv