!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Elvin Cəfərquliyevlə aramda heç bir mübahisə olmayıb" - "Qarabağ"ın müdafiəçisi

!Reklam – Yazi

“Stadionda azarkeşlərin səsinə görə bəzən komanda yoldaşlarımızla bir-birimizi eşitmirik. Buna görə də səsimizin tonunu qaldırmaq məcburiyyətində qalırıq”.

Bunu “Qarabağ”-HİK oyununda Elvin Cəfərquliyevlə arasında olan anlaşmazlığa aydınlıq gətirərkən Azərbaycan təmsilçisinin müdafiəçisi Kevin Medina jurnalistlərə açıqlamasında deyib.

O, Elvin Cəfərquliyevlə sadəcə oyun epizoduna görə normal dialoqa girdiyini bildirib:

“Futbol dialoqlar üzərində qurulub. Oyun ərzində çoxlu epizodlar olur ki, komanda yoldaşlarınla dialoqa girmək məcburiyyətində qalırsan. Elvinlə aramda olan söhbət də sadəcə oyun epizoduna görə idi. Stadionda azarkeşlərin səsinə görə bəzən komanda yoldaşlarımızla bir-birimizi eşitmirik. Buna görə də səsimizin tonunu qaldırmaq məcburiyyətində qalırıq. Qıraqdan isə sanki mübahisə edirmişik kimi görünür. Əslində isə bu sadəcə Elvin Cəfərquliyevlə aramda olan normal dialoq idi”.

Sadiq Cavadov

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv