!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elvis Preslinin yeganə övladı evində ölü tapıldı

!Reklam – Yazi

Rok-n-roll kralı Elvis Preslinin yeganə övladı, müğənni Liza Mari Presli dünyasını dəyişib.

Yenicag.az TMZ nəşrinə istinadən xəbər verir ki, o, 54 yaşında vəfat edib.

Məlumata görə, Liza Mari Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Bildirilir ki, müğənninin ürəyi dayanıb. Anası Pristsilla Presli qızının ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, Liza Mari 1968-ci ildə Memfisdə anadan olub və atasının yeganə varisi olub. Elvis Presli qızının 9 yaşı olarkən vəfat edib. Liza Mari Preslinin 3 övladı var.





www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv