Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Elza canlı yayımda Toliklə qırğına çıxdı - VİDEO

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aparıcı Toliklə əməkdar artist Elza Seyidcahan arasında söz davası olub.

Yenicag.az xəbər verir ki, canlı efirə qoşulan Seyidcahan prodüser Toliklə kəskin mübahisə edib. Tolikin sözünü ağzında qoyan sənətçi Damla ilə bağlı söylədiklərini yenidən təkrarlayıb:

“Mənim kiminləsə şəxsi ədavətim yoxdur, sənətlə bağlı fikirlərimi söyləyirəm” – deyən Elzanının cavabını Tolik verib:

“Sənin də yaxşı mahnıların olaydı, yaxşı oxuyaydın, sənə də gənclər qulaq asaydı. Niyə Damlanı təhqir edirsiniz, deyirsiniz ki, ona itim-pişiyim də qulaq asmır?”

Mübahisənin uzandığını görən Tolik onu efirə dəvət etməli olub.

Qeyd edək ki, Seyidcahan Damla barədə belə deyib: “Mən bu gün səni məhkəməyə verə bilərəm ki, qarşıma belə bir mahnı çıxarmısan. Ona nə qiymət verə bilərəm?Heç ona qulaq asa bilmərəm. Hansı mahnıdan gedir söhbət? Pis söyüşlərlə dillərə düşüb. Üç ay efirə çıxmasın görək o “damcı” var? Nə nəslim ona qulaq asa bilməz, nə pişiyim qulaq asa bilməz. Allah ona rəhmət eləsin. Nə də itim ona qulaq asa bilməz”.

Nehru

www.yenicag.az

3116
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS