!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elza Seyidcahanın aparıcı olması ilə bağlı xəbərə Xəzət TV-dən REAKSİYA

!Reklam – Yazi

“Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb”.

Yenicag.az xəbər verir ki, bunu Xəzər Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova bildirib.

O, yayılan məlumatın doğru olmadığını deyib:

“Bəzi media vasitələrində Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı yayılan məlumat barədə bildirmək istəyirik ki, Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq.

İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb.

Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanın “Xəzər” televiziyasında aparıcılığa başlaması xəbərini “Teleqraf” yayıb.

Cəvahir

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv