!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elzaya etimad göstərən AYB-yə tanınmış aktyordan QƏZƏBLİ İSMARIŞ: “Ayıb olsun”

!Reklam – Yazi

 “AYB-yə ayıb olsun!”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Kamran Yunis Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı Azərbaycan Yazıçılar Birliyinə üzv edən AYB rəhbərliyinə səsləndiərək deyib.

Seyidcahanı şair kimi qəbul etməyən aktyor qəzəbini belə ifadə edib:

“Həmişə demişəm, yenə deyirəm, günah Elzada deyil, Elzanı “şair” kimi TV-lərə dəvət edənlərdədir. Bu gün AYB də sübut etdi ki, bir qurum olaraq elə Elza səviyyəsindədir. AYB-nin hansı üzvü səsini qaldırıb “yox, belə olmaz, ayıbdır”, dedi? Heç kim. Hamı zarafata salıb, güldü, dünən zəlzələni zarafata saldığımız kimi.

Biz hər şeyi zarafata salırıq, hətta tarixi əhəmiyyətli məsələləri belə. Ən böyük bəlalarımız da burdan başlayır. Yazıçı və şairlər – AYB üzvləri, hərdən AYIB nədir bilin. Gülməli gününüzə gülün, AYB-yə isə AYIB olsun!”.

Cəvahir

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv