!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmək münasibətlərində LƏNG “AĞARMA”: “İkili mühasibatlıq probleminin öz aktuallığını saxlaması...”

!Reklam – Yazi

“Vətəndaşları əmək müqaviləsi bağlamadan işə qəbul etməkdə işəgötürənlərin əsas məqsədi vergi və sosial ödəmələrdən yayınmaq, həmçinin işçiləri asılı vəziyyətdə saxlamaqdır”.

Bu fikirləri işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı yaranan problemlər haqqında danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov Yenicag.az– açıqlamasında deyib.

Onun sözlərinə görə, bir çox işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamamaqla, vergi və sosial ödəmələrdən yayınmağa çalışırlar:

“Belə hallar əvvəlki illərdə daha geniş yayılsa da, son vaxtlar əmək müqavilələrinin sayında artım müşahidə edirik. Vətəndaşları əmək müqaviləsi bağlamadan işə qəbul etməkdə işəgötürənlərin əsas məqsədi vergi və sosial ödəmələrdən yayınmaq, həmçinin işçiləri asılı vəziyyətdə saxlamaqdır. Bu isə ciddi qanun pozuntusudur.

Hətta belə hal kollektiv sürətdə baş verərsə, bunun üçün cinayət məsuliyyəti də nəzərə tutulub. Hazırda Dövlət Əmək Müfəttişliyinin iş yerlərinə nəzarətinə məhdudiyyət qoyulduğuna görə bu məsələdə bir qədər sui-istifadəyə yol verilir. Son illərdə əmək münasibətlərində “ağarma” müşahidə edilsə də, ikili mühasibatlıq problemi öz aktuallığını saxlayır. Yəni əmək müqaviləsi bağlanır, minimum əməkhaqqı müəyyənləşdirilir, lakin pulun geridə qalan hissəsi cibdən-cibə verilir.

Nağd verilən hissədə isə vergidən və sosial ödəmədən yayınma baş verir. Sosial ödəmə yükü otuz faizə yaxınlaşdığı üçün işəgötürənlər bundan da yayınmağa çalışırlar. Işçiyə yalnız onunla əmək müqaviləsi bağlanarkən sınaq müddəti tətbiq edilə bilər.  Əmək müqaviləsi bağlanmadan, müqaviləni elektron informasiya sistemində qeydiyyatdan keçirtmədən sınaq müddəti tətbiq edilə bilməz. Əmək müqaviləsində sınağın müddəti göstərilməlidir. İşçini sınaq adı ilə müqaviləsiz çalışdırmaq qanunla qadağandır”.

İsmayıl Bakuvi

www.yenicag.az

2221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv