Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əməkdar artist: “Boğazım qurudu, bircə onu deyə bildim ki...”

“Şəhidlər barədə silsilə əsərlər yazılmalı və səhnələşdirilməlidir. Xalq və gələcək nəsil öz qəhrəmanlarını tanımalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, əməkdar artist Vahid Əliyev deyib.

Aktyor yazıçılara çağırış edib:

“Mən buradan yazıçılara səslənirəm, Qarabağ və qələbəmiz, şəhidlərimizlə bağlı əsərlər yazsınlar. Yeni nəsil qəhrəmanlarını tanımalıdır. Nədənsə bizim yazıçılar danışmağı daha çox sevirlər, nəinki yazmağı. Böyük Vətən Müharibəsində qələbədən sonra görün nə qədər əsərlər yazıldı, filmlər çəkildi, tamaşalar hazırlandı. Biz bu gün yaşayırıqsa, şəhidlərimizə borcluyuq. Kənardan danışmaq asandır, bir şəhid ata-anasının ağrısını sözlə ifadə etmək mümkünsüzdür. Yaxından tanıdığım bir şəhidin dəfninə gedəcəm. Amma əlim gəlmədi ki, telefonda ona nəsə deyim. Şəhid anasına təsəlli verməyə söz tapa bilmədim. Boğazım qurudu, bircə onu deyə bildim ki, qarşınızda baş əyirəm. Bu gün o şəhidlərlə bağlı silsilə əsərlər yazılmalı, o əsərlər səhnələşdirilməlidir. Teatrın repertuarına silsilə tamaşalar daxil olunmalıdır. Mən aktyoram, rejissorun əlinə baxıram. Yazıçı yazmalı, rejissor səhnələşdirməli, mən də aktyor olaraq obrazı canlandırmalıyam.
Belə tamaşalar gələcək nəslin vətənpərvər kimi formalaşmasında böyük rol oynayacaq”.

Cəvahir

www.yenicag.az

1300