!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Buna görə o rolu oynamaqdan imtina etmişəm”

!Reklam – Yazi

“Elə rollar olub, məni qane etməyib, oynamaqdan imtina etmişəm”.

Bunu çəkildiyi film və seriallardan danışarkən tanınmış aktrisa, Əməkdar artist Hicran Nəsirova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa arzuladığı, amma oyanaya bilmədiyi rollardan danışıb. O, bəzən məcburiyyətdən sevmədiyi rollara çəkildiyini də etiraf edib.

“Hər şeyin öz zamanı var. 40 yaşda canım da sağlam idi, enerjili idim, ardıcıl tamaşalarda baş rollarda oynadım. Çox rollar var idi ki, həmin vaxtlarda oynaya bilərdim. Amma ömür keçdi, gün keçdi, elə gözləyə-gözləyə qaldım. Beş-on il əvvəl arzuladığım rola baxanda görürəm ki, indi nə vaxt o deyil, nə də xarici görünüş. Gah teatr təmirə bağlandı, gah pandemiya bəlası ortaya düşdü, hamısı ömrümüzdən getdi.

Əlbəttə mənə gələn təkliflər əsasında seçim edirəm. Elə rollar olub, məni qane etməyib, oynamaqdan imtina etmişəm. Demişəm, bu rolu oynaya bilmərəm. Qonorar, əlbəttə, dolanışıq üçün önəmlidir. Amma elə təkliflər olub, heç qonorarın məbləğinə baxmamışam, maraqlı rol olub, sevə-sevə oynamışam. Bəzən elə seriallar olur, gözünü yumub dözürsən. Başıma belə bir hadisə gəldi, razılıq verdim, çəkildim. Amma çəkiliş əsnasında gördüm ki, nə ssenari odur, nə qonorar, nə də digər məsələlər. Amma danışanda ağızlarına çullu dovşan sığışmır. Düşündüm, özümü biabır etməmiş, buralardan tez çıxıb qaçmaq lazımdır. Dedim tez bitirin, ya da ssenarini elə qurun, məni bu filmdən çıxarın, bu biabırçılıq tez bitsin. 60 bölümlük bir serial idi, cəmi 20 seriyası çəkildi”.

Cəvahir

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv