!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist Əli Həsənovdan yazdı - FOTO

!Reklam – Yazi

Sabah Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun 60 yaşı tamam olur. Əməkdar artist, tanınmış xanəndə Bəyimxanım Vəliyevanın sosial mediadakı son yazısı da bu barədə olub. 

Bəyimxanım Vəliyevanın yazısını təqdim edirik:

“Bu gün ömrünün düz 30 ilini vətəninə, xalqına və ən əsası da Ulu Öndərimiz Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı olan Cənab İlham Əliyev siyasətinə şərəf və ləyaqətlə  yorulmadan, usanmadan xidmət edən şəxsiyyətinə çox hörmət etdiyim Əli Həsənov ömrünün 60-cı baharına qədəm qoyur. Mən nə qohumum, nə də tanışım olduğu üçün demirəm, hər bir insan məmur statusu daşıya bilər, lakin bu adı, bu vəzifəni necə daşımaqdır önəmli olan. İnsan olmaqdı önəmli olan. Yetimə, yesirə əl tutmaqdı önəmli olan. Sənə əl uzadanın əlini geri çevirməməkdi önəmli olan. Vəzifəndən sui istifadə etməməkdi önəmli olan. Mən düz 10 ildir ki, bu ailədə gəlinəm. Məni tanıyanlar çox yaxşı bilir bu 10 il müddətində mən Əli müəllim haqqında bircə dəfə də olsun paylaşım etməmişəm ki, mən qohumam və yaxud hər bayramda onu təntənəli təbriklə elan yazam və ya onun adından istifadə edəm özümə daha da hörmət qazanam və s. Çünki, reklam nə Əli müəllimə lazım olub o özü hər zaman qaçıb tərifdən, nə də məni tanıyanlar bilir ki, mən heç vaxt heç kimin gücünə, heç kimin hesabına yüksəlməyi, tanınmağı, nələrsə qazanmağı sevməmişəm. Qazanmışamsa dövlətin qayğısı, diqqəti hesabına,  öz hesabıma, sənətimin hesabına, olmayıbsa da olmayıb. Lakin, bu gün bu paylaşımı etməyi özümə bir borc bildim. İstədim ki, 10 ildir qəlbimdə olanları dilimə gətirim. Çünki, istəyirəm Əli müəllimi yaxından tanımayanlar tanısın ki, o necə bir şəxsiyyətdir. İstəmirəm hər əlinə qələm alıb yerli-yersiz yazanların, xaincəsinə qərəzli şəkildə yazanların yalan fikirləri formalaşsın onu tanımayanların şüurunda. Tanıyanlar isə onsuz da bilir Əli müəllimin kim olduğunu. Əli müəllimə çox  yaxından bələd olan biri kimi onu deyə bilərəm ki, Əli müəllim heç zaman kimsəsizi yarı yolda qoymadı. Heç zaman ehtiyac içində olana arxa çevirmədi. Heç zaman yetimin gözünü yolda qoymadı. Ən əsası da heç zaman dövlətinə, rəhbərinə, xalqına və tutuğu mövqeyinə naxələf çıxmadı. Çünki, o Heydər Əliyev kimi nəhəng bir lider məktəbindən bəhrələnmişdi. Çünki bu idealogiya, bu siyasət onun damarında, qanında  formalaşmışdı. Əli müəllim nə dünən, nə bu gün, nə də sabah tutduğu yoldan heç zaman dönməyib və dönməyəcəkdir. Çünki, o vətəninə, xalqına, ölkəsinə və ən önəmlisi cənab İlham Əliyev siyasətinə bağlı bir ziyalıdır. Onu bu yolundan heç bir qüvvə döndərə bilməz. Sizi ürəkdən təbrik edirəm, Əli müəllim. Qoy bu 60 yaş sizə sağlam can, işlərinizdə bol uğur gətirsin. 100 yaşayın, Əli müəllim. Çünki, bizim sizin kimi savadlı, işini bilən ziyalılara hələ çox ehtiyacımız var”.

www.yenicag.az

7291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv