!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist ƏSƏBİLƏŞDİ: “Sən kimsən, şərt kəsəsən ki, o, verilişə gəlsə, mən gəlməyəcəm”

!Reklam – Yazi

“Ürəyimdə o qədər sənətçinin sirrləri var ki… Aralarında rəhmətə gedənlər də var, sağ insanlar da. Onlar ürək qızdırıb öz gizlinlərini yanımda bölüşüblər və bu sirri də özümlə məzara aparacam…”

Bunu Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Bu gün sənət cameəsində yaşanan qalmaqallardan danışan aktrisa təəssüfləndiyini bildirib:

“Əvvəllər belə şeylər yox idi, amma indi dövr dəyişib. Baxırsan, kimsə kiminləsə danışmır, küsülüdür, şərt kəsir ki, mən o adamla eyni səhnəyə çıxmayacam, bir verilişdə olmayacam: Ya o, ya mən. Demirəm, sən kimsən axı, şərt kəsəsən ki, o, verilişə gəlsə, mən gəlməyəcəm. Əvvəllər sənətkarlar arasında dedi-qodu, qalmaqal, küsülülük olmayıb, yox, əlbəttə olub. Amma səhnədən, efirdə kənarda. Səhnəyə çıxanda onu heç vaxt tamaşaçıya hiss etdirməmişik ki, tərəf müqabilimizlə həyatda küsülüyük. Hər kəs necə lazımdırsa, öz rolunu oynayıb. Bizim nəslin sənətkarları qətiyyən rejissor qarşısında şərt kəsməzdi. Amma indikilər rejissor qarşısında şərt kəsir ki, mən filankəslə danışmıram, onunla birgə oynamayacam.

Əvvəllər sənət adamları bir-biri arasında olan küsülülüyü, söz-söhbəti el-aləmə car çəkməzdi. Problemi aralarında həll edərdilər. Kimsə kimdənsə inciyəndə oturub danışardılar, gizlin qalardı belə şeylər. Amma bu sözləri indiki aktyorlara, sənət adamlarına aid etmək olmaz. Çıxırlar verilişə, bir-birilərinin dalınca elə təhqirlər səsləndirirlər ki, adam onların yerinə xəcalət çəkir. Fikirləşirsən ki, mən də bu cameənin adamıyam. Yaxud da ağzına gələni danışır, bütün sirrləri açıb-tökür, sonra da deyir ki, ad çəkmirəm ha, heç kim özünə götürməsin. İnsan nə vaxtsa sənə etibar edib sirrini açıbsa, bunu el-aləmə yaymaq hansı vicdana sığışar?

Hələ indiyə qədər hansısa verilişə çağırılanda soruşmamışam ki, o verilişdə, kimlər olacaq? Həmçinin tamaşada. Tamaşaçını maraqlandırmır, sən kiminlə küsülüsən, kiminlə yox. O, teatra istirahətə, zövq almağa gəlib, kiminsə dedi-qodusu onun nəyinə lazımdır?”

Cəvahir

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv