!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist FƏRYAD ETDİ: “Ürək buna tab gətirmir…”

!Reklam – Yazi

“Ürəyim yeni əməliyyat olunub, həkimlər bərk-bərk tapşırıblar ki, stresdən uzaq olum, fikir etməyim. Amma bu boyda dərdə necə ağlamayım?”

Bunu tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən insanların faciəsinə dözə bilməyən aktyor baş verənlərin səhhətininə təsir etdiyini bildirib:

“Elə bilirəm dağıntılar altından çıxan öz balalarımdır. Dözə bilmirəm. Gecə-gündüz ağlayıram. Dağıntılar altından çıxarılan azərbaycanlı tələbələrin xəbərini eşidəndə dünyam alt-üst oldu. Gecə-gündüz dua edirdim ki, heç olmasa o balalar analarını gözüyaşlı qoymasınlar. Amma anaların ürəyinə vaxtsız bala dağı çəkildi. Yer-göy qan ağlayır. Bu, nə müsibətdir türk qardaşlarımızın başına gəldi. Nə evdə, nə teatrda özümə yer tapa bilirəm. Hara gedirsən faciədən danışılır, televizoru açırsan, ərşə dirənən fəryad, göz yaşları… Hələ də möcüzə gözləyirik. Dağıntılar altından sağ çıxan insanlar ümidlərimizi artırsa da, zaman, vaxt kədərimizi daha da artırır. Ancaq ovuc-ovuc dərman içirəm, çünki ürək buna tab gətirmir. Bu zəlzələ əsrin faciəsidir”.

Cəvahir

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv