Əməkdar artist: “Heç kimi təhqir etmək olmaz”

“Canlandırdığım İlkin obrazına görə məni qınayanlar və hətta təhqir edənlər var”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Elnur Kərimov sosial şəbəkələrdə oynadığı obrazlara görə yazılan şərhlərə münasibət bildirərkən bildirib.

Aktyor ona yazılan şərhlərdə qınanıldığını, hətta təhqir olunduğunu deyib:

“Ata ocağı” serialının rəsmi internet səhifəsində müxtəlif şərhlər yazılır. Canlandırdığım İlkin obrazını sonradan dəyişdiyinə görə məni qınayanlar və hətta təhqir edənlər də var. İlkinin sonradan dəyişib pula həris olması və borca girməsi insanlarda aqressiyaya səbəb olmuşdu. Bununla bağlı müxtəlif rəylər yazıldı. O fikirləri bəyənirdim. Düzdür, təhqiramiz fikirlər də var, amma buna görə onları qınamıram, çünki tamaşaçı bu təhqiramiz fikirləri Elnura yox, onun yaratdığı obraza xitabən yazır. Amma təhqir bütün hallarda qəbuledilməzdir, belə olan halda rəhbərliyə bildiririk və o şərhlər silinir. Düzdür, bu da aktyorun rolunun öhdəsindən uğurla gəlməyinin nəticəsidir ki, tamaşaçısını inandıra bilib. Amma heç kimi təhqir etmək olmaz.
Mən onlara yazıram ki, Elnurun öz dünyası var, İlkin onun yaratdığı obrazdır. Əslində bu serial eyni zamanda cəmiyyətə tərbiyəvi əhəmiyyət daşıyan sosial mesajlar ötürür. Mən özüm həyatda İlkinin durumuna düşsəm, artıq necə davranacağımı bilirəm”.

Cəvahir

COP29