!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Mənə zəng edib bu xəbəri deyəndə şok keçirdim”

!Reklam – Yazi

“O, həmişə özünə belə bir ölüm arzulayırdı. Deyirdi ki, Allah mənə elə ölüm qismət etsin ki, yatağa düşməyim,övladlarımı incitməyim, ailəmə yük olmayım. Necə arzulamışdısa, elə də səssiz-səmirsiz, heç kimi incitmədən quş kimi uçub getdi. Arzuladığı ölümü Allah ona nəsib etdi”.

Bunu bu gün doğum günü olan mərhum aktyor Xalq artisti Ağaxan Salmanlı ilə bağlı xatirələrini bölüşərkən Əməkdar artist İlham Əsədov Yenicag.az-a açıqlamasında deyib.

O, aktyorun bu gün də teatrda sevgi ilə yad edildiyini bildirib:

“3 ildir ki, Ağaxan Salmanlı aramızda yoxdur. Amma teatrımızda demək olar ki, hər gün onu yad edirik. Teatra gələndə onun böyük dəstəyini görmüşəm, buna görə onu özümə doğma insan sayırdım. O, mənim sənətdə müəllimim idi. Onun ölüm xəbərini eşidəndə dəhşətə gəldik. Əvvəlcə inanmadıq. Çünkü həmin günün gecəsi nəvəsinin toyunda idik, deyib-gülüb oynayırdıq. Çox qəribədir ki, üzünə qeyri-adi nur, gözəllik gəlmişdi. Səhər tezdən saat 8-də mənə xəbər gəldi ki, Ağaxan müəllim qəfildən dünyasını dəyişib. Sözün düzü, elə bildim bir zarafatdır. Biləndə ki, bu xəbər doğrudur, bir anlıq dünya gözümdən düşdü, şok keçirdim ki, dünən deyib-güldüyümüz insan bu gün artıq həyatda yoxdur. Bu gün onun ömrü yaratdığı obrazlarla davam edir. Sənətkarlar heç vaxt ölmür axı. Ağaxan Salmanlı teatrda yaratdığı obrazlarla bərabər kinoda, televiziya tamaşalarında da bənzərsiz obrazlar yaradıb. Hər dəfə televiziya ekranından onun canlandırdığı obrazları görəndə kövrəlirəm. Nə yaxşı ki, belə bir sənətkarla uzun illər bərabər çiyin-çiyinə çalışdıq. Ağaxan müəllim də Suraxanıda valideynlərimlə eyni məzarlıqda yaxın məsafədə uyuyur. Hər dəfə ata-anamı ziyarət edəndə onun ruhuna da dualar edirəm”.

Cəvahir

www.yenicag.az

5709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv