!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “... özləri pul verir ki, onları seriala çəksinlər”

!Reklam – Yazi

“Bəlkə də serialda çəkilmək üçün elə özləri pul verirlər”.

Bunu yerli seriallarda və filmlərdə çəkilməməsinin səbəblərini izah edərkən tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa gənc rejissorlar tərəfindən çəkilən seriallara dəvət edilmədiyini bildirib:

“Seriallara çəkilmirəm, yəqin cavanlar bizi öz seriallarında görmək istəmir. Ya da bizə yaxşı pul verməli olduqlarına görə dəvət etmirlər. Çünki bizim reklama ehtiyacımız yoxdur. Buna görə də onlar üçün peşəkar aktyor və aktrisaları deyil, gəncləri çəkmək daha sərfəlidir. Çünki onlar pula bir o qədər də önəm vermirlər. Bəlkə də serialda çəkilmək üçün elə özləri pul ödəyirlər. Amma çox istərdim ki, ciddi janrda olan serial və filmlərdə oynayım. Amma nə etmək olar, təklif yoxdur. Hazırda bir kamediya janrında serialda varam. Ramin Hacıyevin rejissor yozumunda ərsəyə gələn serialda çəkilirəm. Digər rejissorlardan hələ ki təklif almamışam. Bəlkə də qorxurlar dəvət etməyə, ehtiyat edirlər. Amma nədən qorxurlar, onu bilmirəm”.

Cəvahir

www.yenicag.az

868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv