!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist Şövkət Ələkbərova barədə: “Tələbələrinə evində yer verirdi, əyin-baş alıb geyindirirdi” - FOTOLAR

!Reklam – Yazi

“Şövkət Ələkbərova Azərbaycan musiqisinin sönməz günəşidir. Hər zaman öz nuru ilə mədəniyyətimizi, musiqi dünyamızı işıqlandıracaq”.

Bunu bu gün doğum günü olan mərhum Xalq artisti Şövkət Ələkbərova ilə bağlı fikirlərini bölüşərkən Əməkdar artist Firuzə İbadova Yenicag.az-a açıqlamasında deyib.

F.İbadova Şövkət Ələkbərovanı yalnız bir müğənni kimi deyil, eyni zamanda bir şəxsiyyət kimi dəyərləndirib:

“Şövkət xanımın sənəti barədə danışmaq mənə düşməz, çünki onunla bağlı ən gözəl fikirləri dahi sənətkarlarımız deyib. Mən onun tələbələrinə olan münasibətindən danışmaq istəyirəm. O vaxt kənddən, rayondan Bakıya oxumağa gələn tələbələrin çoxu kasıb idi. Şövkət xanım onları böyük səhnələrə çıxarıb tanıdırdı. Bu, hər müəllimin işi deyildi. Şövkət xanım o kasıb tələbələrinə evində yer verirdi, əyin-baş alıb geyindirirdi. Tələbələri ilə ana-bala münasibətində idi. Anasından, atasından uzaqda olan gənc tələbələr Şövkət xanımla məsləhətləşir, poblemlərini onunla bölüşürdülər. Şövkət xanım hamımıza yol göstərirdi, məsləhətlər verirdi. Böyük sənətkar da olmaq olar. O vaxtlar tələbələrin böyük səhnələrə çıxması o qədər də asan deyildi. Amma Şövkət xanım onları hazırlayırdı, günlərlə evində məşq edirdi, özü ilə birgə səhnəyə çıxarıb onları musiqi aləmində tanıdırdı. Bu, hər sənətkarın işi deyildi. Şövkət xanım böyük sənətkar olmaqla yanaşı, həm də sadə insan idi. Elə buna görə də hamı onu bu gün sevgi ilə yad edir”.

Cəvahir

www.yenicag.az

892
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv