!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Toyda tamadalıq etmək ayıb iş deyil”

!Reklam – Yazi

“Normal maaşla dolanan aktyor nə toyda tamadalıq edir, nə də reklama çəkilir. Heç seriala da çəkilmir”.

Bunu Yenicag.az-a açıqlamasında tannımış aktyor, Əməkdar artist Rəhman Rəhmanov deyib.

O, toylarda tamadalıq edən, eləcə də reklam roliklərinə çəkilən aktyorları qınayanlara qarşı çıxıb. Sənətçi aktyorlarıın bu addımı dolanışıq xatirinə məcburiyyətdən atdığını bildirib:

“Toylarda tamadalıq etmək və eləcə də reklama çəkilmək nə ayıb, nə də təhlükəli işdir. Onları qınamaq düzgün deyil. Bu kimi əlavə işlər aktyorun yaxşı yaşaması naminədir.

Aktyor dolanışıq və ailəsini saxlamaq üçün bu addımı atır. İstəyir o da yaxşı yaşasın, yaxşı avtomobili olsun, məişət çətinliklərindən xilas olsun ki, yaradıcılıqla məşğul ola bilsin. Çünki yaradıcı insan məişət problemlərindən xilas olmalıdır ki, normal şəkildə yaradıcılığı ilə məşğul ola bilsin. Əlbəttə ki, aldığı normal maaşla dolanan aktyor nə toyda tamadalıq edir, nə də reklama çəkilir. Heç seriala da çəkilmir”.

Cəvahir

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv