Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Əməkdar artist xəstəxanaya yerləşdirildi - Video - SON DƏQİQƏ

“Vicdan haqqı“ serialının İmranı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov səhər saatlarında xəstəxanaya yerləşdirilib.

Aktyor bu dəqiqələrdə Tibb Universitetinin Cərrahiyyə şöbəsində əməliyyat olunmağa hazırlaşır.

İlham Hüseynov əməliyyatdan öncə Yenicag.az-a açıqlama verib:

“Artroz xəstəliyindən əziyyət çəkirəm, buna “oynaqda qığırdaq yeyilməsi” xəstəliyi də deyilir. Hər iki çanağımda qığırdağın yeyilməsi prosesi gedir. Əməliyyat hələ ki, sağ çanaq oynağımda aparılacaq. Həkimin dediyinə görə, ağır əməliyyatdır. Əməliyyatdan sonra beş gün xəstəxanada yatmalıyam. Sonra da iki aya yaxın əsa ilə gəzməliyəm. Payızda isə sol çanaq oynağımda ikinci əməliyyat olunmalıdır. Dua edin ki, əməliyyat uğurla keçsin”.

Xəstənin təlaşını özünəməxsus təmkinliklə qarşılayan cərrah Cəfər Nəsirli isə əməkdar artistə ürək-dirək verərək, bunları dedi:” Qəti narahat olmayın, hər şey yaxşı olacaq, söz verirəm”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1226
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM