!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Xoş günlərim az olub, Allahdan tək istəyim…”

!Reklam – Yazi

“Bir insan üçün həyatda var olmağı elə ən böyük mükafat deməkdir. Mənim də Allahdan ən böyük mükafatım budur ki, həyatdayam, yaşayıram, ailəmin, övladlarımın yanındayam. Səhhətimlə bağlı çox əziyyətlər çəkdim, amma ayaqdayam, aldığım hər nəfəsə görə Allahıma şükürlər edirəm”.

Bunu 65 illik yubileyini qeyd edən tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Ömrünü səhnəyə həsr edən R.Rəhmanov xoşbəxt aktyor olduğunu deyib:

“Teatrla bərabər televiziya tamaşaları, bədii filmlər, seriallarda çıxış etmişəm. Aktyor kimi xoşbəxtəm ki, bu illər ərzində tamaşaçı sevgisini qazana bilmişəm. Amma Allahın mənə bəxş etdiyi ömür payında xoş günlərim az olub. Çox illəri elə yola vermişəm gedib”.

Aktyor arzularını dilə gətirib:

“Dövlət tərəfindən zəhmətimin bəhrəsini görmüşəm, prezident mükafatçısıyam, mükafatlarla təltif olunmuşam, fəxri adım var. Amma ürəyimdə arzularım da var. Adətən, o arzular həyata keçəndən sonra açıqlayıram. Amma 65 yaşımda onu dilə gətirmək istəyirəm. Neçə illər arzulamışam ki, evim olsun. Yaxınlarımı, doğmalarımı, məni sevənləri başıma yığıb evimdə özümə doğum günü keçirim. Amma hələ də bu arzuma yetişməmişəm. Ümi edirəm ki, sevinəcəm və Allahdan gözlədiyim ən böyük hədiyyələrimdən birini alacam”.

Cəvahir

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv