!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Zamanı gələndə bu səhnədən hörmətli gedin”

!Reklam – Yazi

“O səhnənin pərdələrindən sallanmayın…”

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Gülüstan Əliyeva deyib.

Uzun illər Opera Teatrının səhnəsində Leyli və digər aparıcı rollarda çıxış edən sənətçi həmkarlarına səslənərək, vaxtı çatanda səhnəni hörmət-izzətlə tərk etməyi məsləhət bilib:

“Bu səhnə sehirli bir səhnədir. Amma səhnənin pərdələrindən sallanmayın, zamanı gələndə hörmətli gedin. Bunu da bacarmaq lazımdır…”

Müğənni Opera səhnəsində uzun illər canlandırdığı “Leyli və Məcnun” operasında yaratdığı obrazından və sənət sevgisindən də danışıb:

“Leyli obrazını oynayanda bir səhnə var, o səhnəni həmişə həqiqətən də ağlayaraq, göz yaşı içərisində oynamışam. Hətta tamaşaçı da bunu eşidib. Onlar da mənə qoşularaq ağlayıblar. Bunu səhnədə özüm eşidirdim”.

Cəvahir

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv