!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən ÇAĞIRIŞ: "Açın teatrları, heç olmasa..."

!Reklam – Yazi

Pandemiya səbəbindən bir ildən artıqdır ki, teatrların qapısının qıfıllanması sənət adamlarını depressiv vəziyyətə salıb. Səhnədən uzaq düşən rejissor və aktyorlar tibbi qaydalara riyayət etmək şərti ilə teatrların açılmasını tələb edir.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, rejissor, əməkdar artist Nofəl Vəliyev də yaradıcı insanların səhnəsiz “sudan çıxmış balığa” bənzədiklərini deyərək teatrların açılması üçün əlaqədar qurumlara çağırış edib:

“Pandemiya ilə bağlı sərt qaydaları anlayışla qarşılayıram. Başa düşürəm ki, bunlar olmasa, ölkəmiz pandemiyadan xilas ola bilməz. Ona görə də hər birimiz tibbi qaydalara əməl etməliyik. Elə bu şərtlər daxilində də teatrların açılmasını çox istəyirəm. Artıq peyvəndləmə işi sürətlənir, bu şərtlərə uyğun olaraq, peyvənd edilmiş, yaxud da koronaya yoluxub sağalan aktyorlar məşqlərə başlasınlar. Çünki onlar həqiqətən də səhnəsiz “susuz yaşayan balığa” dönüblər.

Təklif edirəm ki, teatrlar ilk öncə məşqlər üçün açılsın, çünki teatral formamızı itirmişik. Deyə bilərsiz ki, bu gün seriallarda çəkilən aktyorlar var. Lap yaxşı, buna çox şadam. Amma əksəriyyət olaraq teatral formamızı itirmişik. Sabah məşqlərə başlasaq, bunun böyük fəsadlarını görəcəyik. Teatrlar təmirə bağlanan zaman aktyorlar formasını itirir, o ki qaldı uzun müddət heç bir yerdə məşq etməsinlər. Köhnə tamaşalar təkrarlanmalı, yeni tamaşalara quruluş verilməlidir. Təbii ki, tələb olunan tibbi qaydalara əməl olunmaq şərti ilə. Məşqlər başlayandan bir ay sonra da teatrlar açılsın. Bütün dünyada olduğu kimi zalın üçdə bir hissəsi dolmaq şərti ilə tamaşaları təqdim edək. Yəni bir oturacaqdan sonra iki oturacaq boş qalsın. Tamaşaçının da buna böyük ehtiyacı var. Çünki teatrdan alınan enerji başqa heç bir sənətdən alınmır. Onu da arzulayıram ki, pandemiyanın öhdəsindən hamılıqla gələk və problemləri geridə qoymuş olaq”.

Cəvahir

COP29

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv