!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən KƏDƏRLİ AÇIQLAMA: “Son görüşümüzdə dedi ki…” - FOTO

!Reklam – Yazi

“Heç ağlımın ucundan da keçməzdi ki, bu tezliklə şəklinizlə şəklimi paylaşacam”.

Yenicag.az xəbər verir ki, bu sözləri ötən gün torpağa tapşırılan ustadı, Xalq artisti Azər Paşa Nemətovla bağlı kədərini ifadə edərkən aktyor, Əməkdar artist Anar Heybətov deyib.

Aktyor Azər Paşa Nemətovla son görüşünü xatırlayıb:

“Son görüşümüz aprelin 7-si oldu. 10-15 dəqiqə söhbətləşdik. Sağollaşıb kabinetindən çıxanda qapıda ayaq saxladım və “oldu, Azər müəllim, 9-u görüşürük” dedim. Gülümsəyərək dedi, qismət. Aprelin 9-u quruluş verdiyi Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasını oynamalı idik və oynadıq da. Heç ağlımın ucundan da keçmədi ki, bu tezliklə şəkli ilə şəklimi paylaşacam. Onunla hər zaman fəxr etmişəm. Bu gün də fəxr etdim, sabah da fəxr edəcəm və ömrümün axırına kimi qürur duyacam ki, mən Azər Paşa Nemətovun tələbəsiyəm. “Qocalmaqdan qorxma, köhnəlməkdən qorx”- sözü bu gün də qulağımdadır. Şərəflə qocalıb ömrü başa vurdu.

Allah rəhmət eləsin sevimli müəllimim. USTAD!”

Cəvahir

www.yenicag.az

13446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv