!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən QINAQ ATƏŞİ: “Kinostudiya nə gündədir”

!Reklam – Yazi

“Nə filmlər çəkilir, hansı filmlər çəkilir ki, biz o günü qeyd edək”.

Yenicag.az xəbər verir ki, bu sözləri əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza Milli Kino Günündə təəssüratını ifadə edərkən bildirib.

Aktyor sosial şəbəkə hesabında paylaşım edərək, Milli Kino Gününü bayram kimi qəbul edə bilmədiyindən təəssüflənib:

“Olmayan kinonun günü. Köhnə filmlərimiz istisna olmaqla. Bizdə çox şeyin günü var. Amma əsli yoxdur. Mən şəxsən Milli Kino Gününü bayram kimi qəbul edə bilmirəm. Ona görə ki, Azərbaycan mədəniyyətinə o qədər töhvələr verən kinostudiya baxımsız bir vəziyyətdədir.

Hər yer təmir olunur. Amma kinostudiya nə gündədir. Ondan əlavə, nə filmlər çəkilir? Hansı filmlər çəkilir ki, biz o günü qeyd edək”.

Cəvahir

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv