!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən Səkinə İsmayılova ilə HƏMRƏYLİK: “Bir-iki mahnı oxuyub özünü sənətkar kimi...”

!Reklam – Yazi

“Səs yox, sənət yox, di gəl ki verilişdə onunla bərabər iştirak edən sənətkara yuxarıdan aşağı baxır…”

Bu sözləri Xalq artisti Səkinə İsmayılovanın “Aparıcı sənətkara da sənətkar deyir, 2-3 il, 1 aydır efirə çıxan ifaçıya da.. Bu, dəhşətdir, ayıbdır” fikrinə münasibət bildirən Əməkdar artist Cabir Abdullayev Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə xanım həmkarının haqlı olduğunu və elə bu səbəblər üzündən efirlərə az-az çxdığını bildirib:

“Sənəti, səsi olmayan adamı elə tərifləyib, bəh-bəhlə təqdim edirlər, qalırsan mat-məəttəl. Baxırsan, gənc oxuyandır, toylara, məclislərə çağırıb, cibinə də bir az pul qoyurlar, efirlərə çıxıb bir-iki mahnı oxuyur, özünü sənətkar kimi hiss edir. Səs yox, sənət yox, di gəl ki verilişdə onunla bərabər iştirak edən sənətkara yuxarıdan aşağı baxır.

Günah aparıcıdadır ki, onu sənətkar kimi təqdim edirlər. Kanal rəhbərləri buna nəzarət etməlidirlər ki, kimi necə təqdim etmək lazım olduğunu aparıcı bilsin. Biz də gənc olmuşuq. Mən özüm sənətkar ailəsində yetişmişəm, amma həmişə böyüklərin, sənətkarların yanında etik qaydaları gözləmişəm. Sənətkarın yanında söz deməmişəm, danışmağı ayıb bilmişəm. İndi isə belə deyil. Zərrə qədər istedadı olmasa da, adam göylə gedir. Elə buna görə də efirlərə çox az gedirəm”.

Xanəndə sənət cameəsində yaranmış vəziyyətdən narahatlığını da dilə gətirib:

“Musiqi aləminə baxdıqda, vəziyyətin nə qədər bərbad olduğu görünür. Özü yazır, özü bəstələyir, özü aranjeman edir, özü də oxuyur. Musiqimiz hara gedir? Belə şeylər məni çox narahat edir”.

Cəvahir

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv