!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏMİMİ ETİRAF: “Zəng edib etirazımı bildirdim ki…”

!Reklam – Yazi

“Münasibətdə hədsiz dərəcədə problem olanda, məcbur qalıb kiməsə cavab verməli olursan. Amma hər zaman özümdən yaşca böyük sənətkarların hörmətini saxlamışam”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Nüşabə Ələsgərli açıqlamasında deyib.

Adı qalmaqallarda hallanmayan sənətçi yalnız bir dəfə özündən yaşca böyük sənət adamı ilə aralarında narazılıq yaşandığını bildirib:

“Həyatı boyu özümdən böyüklərə sayğısızlıq, hörmətsizlik etmərəm. Həmişə qarşılarına qaçıb kiçiklik etmişəm. İstər qadın, istərsə də kişi sənətkarların üzünə ağ olmamışam. Yalnız bir dəfə özümdən yaşca böyük bir sənət adamı ilə aramızda narazılıq oldu. O həddə çatdım və irad bildirməyə məcbur oldum. Ona sosial şəbəkələr vasitəsi ilə, eləcə də televiziyaya, maqazin proqramlarına çıxıb cavab vermədim. Birbaşa telefonuna zəng edib etirazımı özünə bildirdim. Bununla da söhbət bitdi. Amma hazırda heç bir sənət adamı ilə qalmaqallı münasibətim yoxdur. İndi mən də həmin yaşa gəlib çatıram, düşünürəm ki, müəyyən mənada güzəştə getmək lazımdır. Nəsə olanda da deyirəm, bəlkə bilməyərəkdən baş verib. İnsanları anlamağa çalışıram”.

Nehru

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv