!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT İRAD: “Çıxırlar verilişə, sənətdən başqa hər şeydən...”

!Reklam – Yazi

“Adama deyərlər, hələ bir özün tərbiyəli ol, sonra ona-buna ağıl öyrət”.

Bu sözləri Əməkdar artist, tanınmış xanəndə Bəsti Sevdiyeva Yenicag.az-a açıqlamasında deyib.

O, bəzi sənət adamlarının qalmaqal və dedi-qodu ilə gündəmə gəlmələrinə qarşı çıxıb:

“Çıxırlar verilişə, sənətdən başqa hər şeydən danışırlar. Dava edirlər, bu onun dalınca, o bunun dalınca danışır… Camaata əxlaq dərsi keçir, tərbiyədən danışırlar, ağıl öyrədirlər. Adama deyərlər, hələ bir özün tərbiyəli ol, sonra ona-buna ağıl öyrət.

Baxırsan, adam utanır, xəcalət çəkir. Televiziyaya xalq baxır, xalqa hörmət etmək sənin borcundur. Sənət adamısan, çıx verilişə sənətindən danış, musiqilərini ifa et. Yoxsa ki musiqidən başqa hər şeydən danışırsan. Bu bizim faciəmizdir. Sənət adamı davranışına nəzarət etməlidir. Özünə hörmət etməsən də, xalqa hörmət elə.

Bu xalq hörmətə layiq xalqdır. Hər zaman sənətimə, özümə və xalqıma hörmət etmişəm. Bütün sənət yoldaşlarımla da münasibətim gözəl olub. Bunun da qarşılığını görmüşəm. Bu gün kimdə nə yoxdursa, ondan danışır. Ayıbdır”.

Həyat yoldaşını itirdikdən sonra bir ilə yaxın müddət efirlərdə görünməyən sənətçi yaxın günlərdə verilişlərə çıxacağını da bildirib:

“Həyat yoldaşımın vəfatı mənə ağır təsir etdi. Bir ilə yaxındır, efirlərə çıxmıram. Amma yaxın zamanlarda verilişlərə çıxacam. Çünki bu mənim sənətimdir. Verilişlərə də çıxanda yalnız sənətimdən danışacam və musiqilərimi ifa edəcəm. Qalmaqal, dedi-qodu mənlik deyil”.

Cəvahir

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv