!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT İRAD: “Səsi olmayanı yuxarı başa keçirir, məni də…”

!Reklam – Yazi

“Bəzən o ifalar insanı iyrəndirir…”

Yenicag.az xəbər verir ki, bu sözləri bayağı mahnılarla gündəmə gələn müğənnilərlə bağlı xanəndə, Əməkdar atist İlkin Əhmədov deyib.

O, həmin müğənnilərlə bərabər eyni verilişə çıxmadığını və bunu özünə yaraşdırmadığını bildirib:

“Elə dırnaqarası sənətçilər var, mən onları qəbul etmirəm və heç vaxt da qəbul etməyəcəm. Adlarını çəkmirəm və onlarla da heç bir işim yoxdur. Mən onlarla bərabər efirə də çıxmıram. Bir neçə il öncə kanalların birində belə bir hal yaşandı. Tamaşaçıya hörmət əlaməti olaraq o verilişdə sona qədər əyləşdim. Amma qətiyyən oturmalı deyildim. Çünki səviyyə baxımından aramızda heç bir uyğunlaşma yox idi. Aparıcı da onu yuxarı başda əyləşdirmişdi. Tamaşaçı da baxır ki, axı bunun səsi yoxdur, oxuduğu mahnı cılızdır. Bəzən o ifalar insanı iyrəndirir. Həqiqətən belədir. Sözdə, musiqidə heç bir məna, məzmun, mahiyyət, ritm yoxdur. İndi yazıq gəlib hansısa vasitə ilə efirə çıxıb. Tamaşaçı görür ki, səsi olmayan birini yuxarı başda oturdublar, amma muğam ifaçısı, “Muğam” müsabiqəsinin qalibi, Opera Teatrının solisti, 4 tamaşanın baş qəhrəmanı ayaq tərəfdə əyləşib . Bu, nə dərəcədə doğrudur? Ona görə də demişəm ki, yox, hər adamla efirə çıxmıram”.

Cəvahir

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv