!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT QINAQ: “Ayağının altını qazıb quyuya salırıq”

!Reklam – Yazi

“Xaricdə önəmsənməyən birini biz qaldırıb göz üstə qoyuruq…”

Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa, Əməkdar artist Mehriban Xanlarova deyib.

O, özününkülərə dəyər verməyən, lakin digər ölkələrdən gələn, hansı ki, heç öz ölkələrində tanınmayan sənət adamlarını Azərbaycanda göylərə qaldıran, diqqət və qayğı ilə əhatələyənləri qınaq atəşinə tutub:

“Nə deyirsiz deyin, əsas problemimiz özümüz olmaqdan utanmağımızdır. İlk öncə özümüzə dəyər verməliyik. Xaricdə önəmsənməyən biri bura gəlir, biz onu qaldırıb göz üstə qoyuruq.

Özümüzünkülərin isə ayağının altını qazıb, quyuya salırıq. İlk öncə özünə, öz millətinin övladına hörmət qoyub, sonra başqasına qonaqpərvərlik edəsən. İllərdir qonaqpərvərlik edə-edə, qonşularmız ərazilərimizə sahiblənib. Millətinə dəyər verməyənlərin sonu fəlakətdir, uçurumdur. Məncə bunun ətrafında biraz düşünsək, yaxşı olar”.

Cəvahir

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv