!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT QINAQ: “Çayxanada oturub yazılan ssenaridən nə serial olacaq?”

!Reklam – Yazi

“Çayxanada oturub serial üçün ssenari yazırlar. İndi təsəvvür edin, çayxanada yazılan ssenari əsasında çəkilən serialın keyfiyyəti necə olar?”

Bunu bu gün çəkilən yerli seriallarla bağlı fikirlərini bölüşərkən tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa seriallarda görünməməsinin səbəblərini də açıqlayıb. O, reklama ehtiyacı olmadığını və onu reklam deyil, qonorarın məbləği düşündürdüyünü bildirib:

“İndi seriallara bizim kimi peşəkar aktrisalar lazım deyil. Daha çox pul istəməyən, qeyri-peşəkarları çəkirlər. Dəvət edəndə də məbləği maraqlanıram ki, nə qədər qonorar verəcəksiz. Yüz manat dediklərində, çox sağol deyirəm, vəssalam. Bununla da söhbət bağlanır. İndi mənim günahım deyil ki, bizdə seriallar bu qaydalar üzrə çəkilir. Buna görə də bəri başdan təkliflərdən imtina edirəm. Əlbəttə, mənə reklam yox, dolanmaq üçün pul lazımdır. Belə baxanda heç düz-əməlli seriallar da yoxdur. Keyfiyyətli iş üçün ilk növbədə keyfiyyətli ssenari də olmalıdır. Amma indi çayxanada oturub ssenari yazırlar, belə ssenari əsasında çəkilən serial nə olacaq, özünüz düşünün”.

Cəvahir

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv