!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən sərt sözlər: "Efirə çağırdığın qonağı təhqir etmək olmaz"

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa və aparıcı Dilarə Əliyeva həmkarlarından danışıb.

Yenicag.az-a açıqlama verən Dilarə bəzi aparıcıların hazırlıqsız olduqlarını, bəzən dəvət etdikləri qonağı yaxşı tanımadıqlarını bildirib:

“Bəzi aparıcıların hazırlıqsız olmaları izləyiciləri qıcıqlandırır. Aparıcı hazırlıqlı olmalı, dəvət etdiyi qonaqla danışmağın məsuliyyətini hiss etməlidir. Qonaqla hara qədər danışmaq olar, bu sərhəq qorunmalıdır. Efirə çağırdığın qonağı təhqir etmək olmaz. Bəzən aparıcı heç dəvət olunan qonağı tanımır”.

“İllər əvvəl aparıcısı olduğunuz “Çal-çağır» verilişində özünüz necə, heç qonağın xətrinə dəyirdinizmi” sualını Dilarə belə cavablandırıb:

“Qonaqlarıma qarşı heç vaxt aqressiyam olmayıb. Zarafatla nəsə deyilibsə, kimsə bundan inciyibsə deyə bilmərəm. Bir dəfə verilişimdə dedim ki, mənim heç kimlə ədavətim, şəxsi qərəzliyim yoxdur. Xalqın içində gəzən söz efirdə səslənibsə, kiməsə xoş gəlməyibsə, məndən yox, özlərindən küssünlər. Necə davranırlar, necə görünürlər, özlərini necə təqdim edirlərsə, o cür də qarşılanırlar”.

Qeyd edək ki, Dilarə bu həftə ARB-də yayıma başlayan “Söhbət var” verilişinin aparıcıdır.

 

Cəvahir

www.yenicag.az

7542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv