!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artistdən SƏRT SÖZLƏR: “Sizin ailənizdə, nəslinizdə...”

!Reklam – Yazi

“İllər keçsə də, cəmiyyətdə haqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişməyib”.

Yenicag.az xəbər verir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib.

“Cəmiyyət olaraq yıxılanın yanında olmalıyıq!” – deyən aktrisa insanları Bərdədə cinsi zorakılığa məruz qalan azyaşlıya dəstək olmağa çağırıb:

“Bir neçə gün bundan əvvəl Bərdə rayonunda 4 nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın məsələsi ölkə gündəminə oturmuşdu. Bu gün sosial şəbəkədə oxuyuram ki, ailənin vəkili Ruhəngiz Quliyeva açıqlama verib. Qızın kiçik bacısı ona zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Səbəb kənddəki bəzi insanlar tərəfindən onların linç edilməsi və onlara yuxarıdan aşağı baxmalarıdır. Hətta təcavüzə məruz qalan qıza ölüm arzulayırlar. İndi qıza ölüm arzulayan və onun ailəsini cəmiyyətdən kənarlaşdırmaq istəyən ağzıgöyçəklərə sual verirəm: Sizin ailənizdə, nəslinizdə qız uşağı böyümür? Nə bilirsiniz ki, gələcəkdə başlarına hansısa şərəfsiz tərəfindən bu hadisə gəlməyəcək? Hansı oğlanın, kişinin alnında pedofil, manyak olduğu yazılıb? Həmin qız ömrü boyu unuda bilməyəcəyi travma yaşayıb. Bir tərəfdən də sizin aşağılayıcı gözləriniz, sözləriniz ilə mübarizə apara biləcək gücdə deyil…

Həmin kəndin sakinlərindən xahiş edirəm ki, qıza mənəvi dəstək olaraq həyata adaptasiya etsinlər. Cəmiyyət olaraq yıxılanın yanında olmalıyıq!”

O, 1989-cu ildə çəkildiyi “Sahilsiz gecə” filmini misal çəkərək illər keçsə də, qadına qarşı münasibətin dəyişmədiyini vurğulayıb:

“Filmin üzərindən illər keçsə də, cəmiyyətdə haqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişməyib”.

Cəvahir

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv