!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən SƏRT TƏPKİ: “Bu, aktyorluq, yox, təlxəklikdir”

!Reklam – Yazi

“Dəfələrlə demişəm, yenə deyəcəm, sənətdən xəbəri olmayan insanlar aktyor adı ilə efirləri zəbt edəcəkdisə, onda Mədəniyyət və İncəsənət Universiteti nəyə lazımdır?”

Bunu tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Əməkdar artist komediya adı ilə səviyyəsiz, bayağı gülüşə hesablanan tamaşaların yalnız qazanc məqsədi güddüyünü bildirib:

“Efirlərdə komediya adı ilə tamaşalar təqdim edirlər. Amma komediya janrından xəbəri olmayan həmin insanlar özlərinə aktyor deyib pul qazanmaqla məşğuldurlar. Komediyanın növləri var. Bunların göstərdikləri komediya yox, təlxəklikdir. Onları puldan başqa heç nə maraqlandırmır. Təqdim etdiklərinin də sənətə aidiyyatı yoxdur. Ağızlarını əyə-əyə danışırlar, xalqı eybəcərləşdirib təqdim edirlər. Bizim millətin səviyyəsi bu deyil axı? Ancaq şit, bayağı gülüş, başqa heç nə yoxdur. Bu, aktyorluq da deyil. Haradan peyda olublar, bilmirəm. Peşəkarlar qalıb kənarda, qeyri-peşəkarlar düşüb ortaya camaatı nə yolla olursa-olsun, güldürməyə çalışırlar”.

Aktyor qarşısı alınmayacağı təqdirdə mədəniyyətin böyük zərbə altında qalacağını bildirib:

“Faciə burasındadır ki, orta məktəb şagirdləri də o səhnəciklərə baxıb zövq alırlar. Bu, yeni nəsli və sənəti uçuruma doğru aparır. Nə qədər ki, Mədəniyyət Nazirliyi, eləcə də teatrşünaslar, tənqidçilər ağızlarına su alıb durur, belə səviyyəsiz şoular da ayaq tutub yeriyəcək”.

Cəvahir

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv