!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən təqaüd yaşı ilə bağlı ÇAĞIRIŞ: “Əks halda, gəncləri bu sahəyə yönəltmək…”

!Reklam – Yazi

“Çünki bu sənətlə məsqul olmaq üçün həm gənc, həm də səhnədə baximlı olmaq lazımdır”.

Müvafiq qanunvericiliyə bir müddət əvvəl edilmiş dəyişikliyə əsasən, Azərbaycanda balet və milli rəqs ustalarının təqaüd yaşının 40-dan 65-ə qaldırılması sənət cameəsində narazılıqla qarşılanıb. Xüsusilə, incəsənətin bu sahəsində çalışanlar əlaqədar qurumlara müraciət edərək vəziyyətin optimallaşdırılmasını istəyirlər.

Əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakutəsinin dekan muavini Gülməmməd Şahverdiyev Yenicag.az-a açıqlamasında bildirib ki, qeyd olunan problem öz həllini tapmasa, gənclər bu peşəyə yönəlməyə tərəddüd edəcəklər:

“Bizim milli dəyərimiz olan rəqs sənəti demək cox vacib sənətlər sırasında yer alıb. Çunki hər bir xalqı yaxiından tanımaq ucun onun mədəniyyəti ilə tanış olmaq vacibdir. Bu baxımdan, rəqsin təsiri ilə hər bir xalqın tarixini, ənənəsini, mədəniyyətini cox asanlıqla başa duşmək olar.

Musiqi, geyimlər, adət ənənələr – bunların hamisi rəqs sənətində öz əksini tapır. Hazırda balet və milli rəqslə peşəkar səviyyədə məşğul olanlar təqaüdə 65 yasında çıxırlar. Əvvəl isə bu belə deyildi, 20 il fəaliyyət göstərdikdən sonra həmin rəqqaslar rahatlıqla təqaüdə cıxa bilirdilər. Çünki bu sənətlə məsqul olmaq üçün həm gənc, həm də səhnədə baximlı olmaq lazımdır. 40 yasdan sonra insanlarda bu bu cəhətlər tədricən aradan qalxır.

Saytınız vasitəsi ilə əlaqədar qurumlara üz tutaraq, bu işdə bizə kömək göstərmələrini xahiş edirik. Gələcəkdədə bu sənəti inkişaf etdirmək üçün layiqli rəqqas və rəqqasələr yetişdirilməsinə zəmin yaradılmalıdır. Əks halda, gənclər bu peşəyə üz tutmağa tərəddüd edəcəklər”.

Cəvahir

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv