!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən "TikTok"da söyüş söyən xanımlara SƏRT ETİRAZ: “Ayıbdır!”

!Reklam – Yazi

“Xoşuma gəlməyən müəyyən məqamlar var. Qadağa qoyulsa, yaxşı olar”. 

Bunu sentyabrın 14-dən “Tiktok” sosial şəbəkəsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına münasibət bildirərkən tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında bildirib.

Aktyor “TikTok”un əleyhinə olmadığını, özünün də izlədiyini desə də, bu sosial platformada yol verilən söyüş və təhqirlərə qarşı çıxdığını qeyd edib:

““TikTok” maraqlıdır, hamı izləyir, eləcə də mən. Amma xoşuma gəlməyən müəyyən məqamlar var. Hesab edirəm ki, o məqamlara bir qadağa qoyulsa, yaxşı olar. Söhbət təhqir, söyüş və xüsusən də xanımların istifadə etdikləri qeyri-etik ifadələrdir. Bəzən elə hallarla qarşılaşıram ki, əsəbiləşirəm, qız-gəlinlər biədəb sözlər danışır, xanıma yaraşmayan ifadələrdən istifadə edir. Axı belə olmaz, mentalitetimiz var və belə şeylər bizə yaraşmaz. Ayıbdır, bu sosial platformanı izləyən yeniyetmələr, qız uşaqları var. Onlar bunu nəzərə almalıdırlar. Xanımların özlərindən də çox şey asılıdır. Onlar özlərinə qarşı həmişə diqqətli davranmalıdırlar ki, özlərini hörmətdən salmasınlar. Əlbəttə ki, söhbət bütün xanımlardan getmir. Bəzi hallarda belə təhqiramiz fikirlər səsləndirən, danışığına nəzarət etməyən xanımlar olur, mən onları nəzərdə tuturam. Yaxşı olardı ki, “TikTok”da belə məqamlar nəzərə alınsın və həmin şəxslərin bu sosial platformada təhqir, söyüş, qeyri-etik davranışına nəzarət olsun”.

Cəvahir

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv